Nizami küç. 58, m. 1
AZ1000 Bakı, Azərbaycan
Tel.:    + 994 12 498 17 16
            + 994 12 498 79 31
Faks:  + 994 12 498 98 83
E-mail: office@vizalawfirm.com


Partnyorlar
www.vizaaudit.com
www.aslanismayilov.com
 
     “VİZA” Hüquq Firması tanınmış vəkil İsmayılov Aslan Ziyəddin oğlu tərəfindən təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 may 1996-cı il tarixli 29359 saylı Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır.
   “VİZA” Hüquq Firması istər yerli, istərsə də xarici fiziki və hüquqi şəxslərə müxtəlif sahələrdə (kommersiya, qeyri-kommersiya, ailə, əmək, torpaq, mülki qanunvericiliyin digər sahələrində, məhkəmələrdə nümayəndəlik və s.) yüksək keyfiyyətli hüquqi xidmətlər göstərərək Azərbaycanın ən tanınmış hüquq firmalarının sırasında öz layiqli yerini tutur.
   “VİZA” Hüquq Firması Azərbaycan Respublikasının qanunvericiliyini ətraflı bilən, yerli adət və ənənələrə dərindən bələd olan hüquqşünaslar vasitəsi ilə Azərbaycanda fəaliyyət göstərən yerli, xarici fiziki və hüquqi şəxslərin qarşısına çıxan bütün hüquqi problemlərini müvəffəqiyyətlə həll edir.
   Əgər Siz yüksək keyfiyyətli hüquqi xidmətlərin axtarışındasınızsa, o zaman doğru ünvana gəlmisiniz.

   Bizimlə işləmək nə üçün sərfəlidir:

1. Biz təklif etdiyimiz xidmətləri yüksək təcrübəli, peşəkarlıq səviyyəsi ilə daim fərqlənən ali təhsilli və nəzakətli hüquqşünaslar vasitəsilə həyata keçiririk;

2. Biz hər bir fiziki və ya hüquqi şəxsin problemlərinin kompleks şəkildə həll olunmasına qadirik (mülki və cinayət işləri üzrə zərurət yarandıqda “ASLAN İSMAYILOV VƏ PARTNYORLARI” Vəkil Bürosu, mühasibatlıq və audit xidmətləri ilə bağlı zərurət yarandıqda isə “VİZA AUDİT” MMC ilə əlaqəli şəkildə fəaliyyət göstəririk);

3. Biz göstərdiyimiz keyfiyyətli xidmət müqabilində kifayət qədər münasib qiymətlər təklif edirik;

4. Biz hər bir müştəriyə fərdi yanaşır, yaranmış problemin nəticəsi barədə qabaqcadan məlumatlandırır və problemin perspektiv həlli üçün bütün imkanlardan istifadə edirik;

5. Biz müştərilərimizin problemlərinin (kommersiya, ailə sirri və s.) məxfiliyinə tam təminat veririk;

6. Biz müştərilərimiz üçün əlverişli ünvanda, Bakı şəhərinin mərkəzində yerləşən ofisimizdə xidmət göstəririk;

7. Biz daimi müştərilər üçün bütün növ xidmətlər üzrə əlverişli qiymət güzəştləri tətbiq edirik.