Nizami küç. 58, m. 1
AZ1000 Bakı, Azərbaycan
Tel.:    + 994 12 498 17 16
            + 994 12 498 79 31
Faks:  + 994 12 498 98 83
E-mail: office@vizalawfirm.com


Partnyorlar
www.vizaaudit.com
www.aslanismayilov.com
 
 
   Aslan İsmayılov və partnyorları” vəkil bürosu Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə tövsiyə edilərək 29 sentyabr 2009-cu il tarixdə, 1106-Q13-2199 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatına alınmışdır.
   Beş ildir “Aslan İsmayılov və partnyorları” vəkil bürosunun vəkilləri fərdi sahibkarlara və hüquqi şəxslərə hüquqi müşayiət edərək xidmət göstərir.
   Hüquqi şəxslər və sahibkarlar qarşısında hüquqi müşayiətə görə öhdəlikləri üzərimizə götürdükdən sonra, biz müştərilərin iradəsinə uyğun olaraq məhkəmə qaydasında və ya məhkəməyə qədər qanuni mənafeyinin qorunmasına zəmanət veririk.
   Hüquqi xidmət haqqında müqavilə bağladıqdan sonra biz müştərilərimizin hüquqlarının pozulmasına dərhal cavab verir, dövlət, vergi, gömrük və istintaq orqanları ilə yaranan mübahisələrdə hüquq və mənafelərini müdafiə edirik.
   “Aslan İsmayılov və partnyorları” vəkil bürosunun vəkilləri peşakarlıqları ilə seçilərərk məhkəmə, maliyyə-kredit təşkilarları, dövlət, polis və istintaq orqanları ilə mübahisələrin həll edilməsi sahəsində ixtisaslaşırlar.
   Çox müəssisələrin əsas məqsədi vergi borclarının əsassız şişirdilməsinin qarşısının alınmasıdır. Bu kimi hüquqi xidmətlərin göstərilməsində bizim böyük təcrübəmiz vardır. “Aslan İsmayılov və partnyorları” vəkil bürosunun vəkillərinin uğurlu fəaliyyəti nəticəsində çoxsaylı müəssisələrin vergi orqanına olan borcları azaldılmış və onlar sahibkarlıq fəaliyyətini stabil həyata keçirirlər. Zamanında edilmiş hüquqi xidmət Sizin pullarınızı qənaət edər!
   Əgər vaxtında bizimlə əqdlərin hüquqi müşayiət edilməsinə dair müqavilə bağlanarsa gələcəkdə müəssisənin yarana biləcək böyük borclarından qaçınmaq olar.
   Hər kəsin yüksək keyfiyyətli vəkil xidmətinə ehtiyacı yarana bilər. İnsanın ömrü boyu üzləşə biləcəyi hadisələr: vərəsəlik, əmlakın alınması, ailə və biznes mübahisələridir. Hər halda hüquqi rəsmiyyətin gözlənilməsi, eləcədə, məhkəmə işlərinin aparılmasında yüksək keyfiyyətli vəkil xidməti mütləqdir.
   Mülki hüquq sahəsində göstərdiyimiz yüksək keyfiyyətli vəkil xidməti Sizin işlərinizin müsbət həllində möhkəm təminatdır. Belə ki, bizim peşə fəaliyyətimiz nəticəsində məhkəmələrdə mülki işlərin müsbət həlli sahəsində böyük təcrübə toplanmışdır.
   Biz cinayət işlərinin istənilən mərhələsində qatıla bilir və yüksək keyfiyyətli hüquqi (vəkil) xidməti göstəririk. Etibar edən bilməlidir ki, cinayət prosesində ilk dəqiqələrdən peşakar vəkilin iştirak etməsi istənilən mübahisənin müsbət həll edilməsini təminatlı edir.
   Vəkilin peşə etik normalarına riayət etməklə Sizin məqsədlərinizə çatmağınıza yardım edərik.

    “Aslan İsmayılov və partnyorları” vəkil bürosunun vəkillərinin xidmətləri:

   Pul öhdəlikləri
• Debitor borcların alınması
• Zərər, faizlər, cərimələr ilə əlaqədar mübahisələr
• Əsassız varlanma
• Əldən çıxmış fayda

   Vergi
• Vergi orqanının qərarının məhkəmədə mübahisləndirilməsi
• Vergi yoxlamasında hüquqların müdafiəsi
• Vergi hüququna dair məsləhətlər

   Tikinti
• Tikinti sahəsində məhkəmə mübahisələri
• İnşaat obyektlərinin və tikintiyə sərmayənin hüquqi müşayiəti

   Torpaq mübahisələri
• Torpağın alqı-satqısında hüquqi müşayiət
• Torpaq üzərində hüquqların qeydiyyata alınması
• Torpağın özəlləşdirilməsi
• Torpağın kateqoriyasının dəyişdirilməsi

   Daşınmaz əmlak
• Daşınmaz əmlak sahəsində mübahisələrin həlli
• Daşınmaz əmlakın alqı-satqısında, icarəyə verilməsində hüquqi müşayiət
• Əmlakın reyestrə salınması

   Məhkəmə prosesi
• Mülki, iqtisadi, inzibati və cinayət işləri üzrə bütün məhkəmə instansiyalarında təmsil etmək
• Konstitusiya Məhkəməsinə və Avropa Məhkəməsinə ərizələrin yazılması

   Cinayət prosesi
• İstintaqda müdafiə
• Məhkəmələrdə müdafiə
• Şahidin nümayəndəliyi

   Korporativ
• Səhmdarların hüquqlarının müdafiəsi
• Hüquqi şəxslərin qeydiyyatı
• Müqavilələrin tərtibi və icrasının hüquqi müşayiəti

   Əmək
• Kadr işlərinin aparılması
• İşçilərin hüquqlarının müdafiəsi
 
 
   İsmayılov Aslan Ziyəddin oğlu
   Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib. 1983-1986-cı illərdə Rusiya Federasiyasının Stavropol diyarının Neftekumsk şəhər Xalq Məhkəməsində xalq hakimi əvəzi, Andropov rayon Xalq Məhkəməsinin hakimi vəzifələrində işləyib. 1986-1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon Xalq Məhkəməsinin sədri olub. 1989-1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda Məhkəmələrə Nəzarət Şöbəsinin prokuroru, 1993-1994-cü illərdə isə Azərbaycan Respublikası Prezidentinin Aparatının Dövlət-Hüquq Şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. 1996-cı ildən “VİZA” Hüquq Firmasının, 2006-cı ildən “Aslan İsmayılov və Partnyorları” Vəkil Bürosunun təsisçisidir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur.
   Ağaşirinov Ağalar Əzizağa oğlu
   Rusiya Federasiyasının Saratov Dövlət Hüquq Akademiyasının Hüquq fakültəsini bitirib. 1995-1997-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin Aparatında Hüquq və Müdafiə Məsələləri üzrə Şöbənin müdiri vəzifəsində işləyib. 1997-2005-ci illərdə “VİZA” Hüquq Firmasında məsləhətçi-hüquqşunas, 2005-2006-cı illərdə isə həmin Firmanın Baş direktoru vəzifəsində çalışıb. 2006-cı ildən “Aslan İsmayılov və Partnyorları” Vəkil Bürosunun Baş direktoru vəzifəsində işləyir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
   Əlizadə Akif Əkbər oğlu
   Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1995-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 2002-ci ildən İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin sədridir. 2004-cü ildən Xəzər Universitetində konstitusiya və ailə hüququ fənləri üzrə baş müəllim işləyir, həmin Universitetin hüquq doktorantıdır. 2006-2009-cu illərdə “ABA CEELİ” Hüquqi Yardım Mərkəzinin Baş hüquqşünası işləyib. 2006-cı ildən “Aslan İsmayılov və Partnyorları” Vəkil Bürosunun vəkildir. 2007-ci ildən Qara Dəniz Ölkələri Vəkillər Kollegiyası Birliyinin İcraiyyə Komitəsinin üzvüdür. Azərbaycan Hüquqçular Assosiyasiyasının İdarə Heyətinin üzvüdür.
   Şirəliyev Rövşən Xanoğlan oğlu
   Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını Hüquqşünas ixtisası üzrə bitirib. 2004-2007-ci illərdə “Tolerance” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyində hüquqşünas, 2007-2009-cu illərdə “VİZA” Hüquq Firmasında məsləhətçi-hüquqşünas və Baş direktor vəzifələrində işləmişdir. 2009-cu ildən “Aslan İsmayılov və Partnyorları” Vəkil Bürosunun vəkili kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.