Nizami küç. 58, m. 1
AZ1000 Bakı, Azərbaycan
Tel.:    + 994 12 498 17 16
            + 994 12 498 79 31
Faks:  + 994 12 498 98 83
E-mail: office@vizalawfirm.com


Partnyorlar
www.vizaaudit.com
www.aslanismayilov.com
 
  1. Korporativ məsələlər üzrə hüquqi xidmətlər:
• hüquqi şəxsin təsis sənədlərinin hazırlanması, müvafiq dövlət qeydiyyat orqanına təqdim edilməsi, hüquqi şəxsin ilkin qeydiyyatı ilə bağlı hüquqi xidmətlərin göstərilməsi;
• hüquqi şəxsin əsas fəaliyyətinə uyğun olaraq yeni müstəqil hüquqi şəxslərin, filial və nümayəndəliklərin yaradılması ilə bağlı təsis sənədlərinin hazırlanması, müvafiq qeydiyyat orqanına təqdim edilməsi, dövlət qeydiyyatına alınması üçün bütün hüquqi hərəkətlərin və təmsilçilik funksiyaların yerinə yetirilməsi.
• hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə), hüquqi şəxsin ləğvi və ya fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı kompleks hüquqi xidmətlərin göstərilməsi;
• hüquqi şəxsin daxili sənədlərinin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun hazırlanması və rəsmiləşdirilməsi, mövcud sənədlərin ekspertizası və uyğunsuzluqların aradan qaldırılması;
• kadr işinin təşkili və bununla əlaqədar sənədlərin (əmək müqavilələrinin, əmrlərin, qərarların, protokolların və s.) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanılması, tərtib edilməsi;
• hüquqi şəxsin fəaliyyətində meydana çıxan hüquqi məsələlər üzrə məsləhətlərin, rəylərin və arayışların verilməsi;
• müxtəlif layihələrin hazırlanmasında və hüquqi şəxs tərəfindən müxtəlif növ müqavilələrin bağlanmasında iştirak edilməsi, bu tip müqavilələrin icrasına, qanun və müqavilə ilə nəzərdə tutulmuş sanksiyaların tətbiqi üzərində nəzarətin təşkili;
• korporativ mübahisələrin məhkəmədənkənar və məhkəmə qaydasında həll edilməsi;
• qiymətli kağızların alqı-satqısı, biznes məsələlərində məsləhətlərin verilməsi və nəzarətin həyata keçirilməsi;
• korporativ hüquq, qiymətli kağızlar, özəlləşdirmə sahəsində qanunvericiliyin analitik təhlilinin hazırlanması;
• lisenziyaların alınması, əmtəə nişanlarının dövlət qeydiyyatı, müəlliflik hüquqlarının müdafiəsi, reklam sahəsində qanunvericilik müddəalarının gözlənilməsi, haqsız rəqabətə qarşı hüquqi tədbirlər mexanizminin həyata keçirilməsi ilə bağlı kompleks hüquqi xidmətlərin göstərilməsi və s.

2. Banklarla əməkdaşlıq zamanı hüquqi xidmətlər:
• tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi ilə bağlı müqavilələrin tərtib edilməsi, məsləhətlərin verilməsi;
• kreditlərin (təminatlı və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi ilə bağlı müqavilələrin işlənməsi, bağlanması və icrasında yaxından iştirak edilməsi;
• fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması ilə bağlı müqavilələrin düzgün bağlanması, qəbul olunan sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi;
• sair bank fəaliyyətinin növlərini tənzilmləyən müqavilə münasibətlərinin mövcud qanunvericiliyə uyğun olub-olmamasının yoxlanılması, müqavilələrin tərtib edilməsi, rəsmiləşdirilməsi;
• problemli kreditlərlə bağlı yaranmış borcların alınması üçün pretenziya qaydasında borcluya və ya məcburi qaydada məhkəməyə müraciətin edilməsi və məhkəmədə bankın tələblərinin müdafiə edilməsi;
• iş üzrə qəbul edilmiş məhkəmə aktının icra icraatında hüquqi təmsilçilik funksiyalarının yerinə yetirilməsi, borcun ödənilməsinin təmin edilməsi.

3. Vergi mübahisələrinə dair hüquqi xidmətlər:

• vergi orqanlarının qəbul etdiyi qərarların hüquqi ekspertizası;
• vergi yoxlamaları zamanı hüquqların müdafiəsi üzrə hüquqi xidmətlərin göstərilməsi, vergi yoxlamaları aktlarından və vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarlardan şikayətlərin tərtib edilməsi;
• vergi mübahisələrin məhkəmədənkənar həll edilməsi yolunda hüquqi xidmətlərin göstərilməsi;
• məhkəmələrdə maraqların təmsil edilməsi (vergi orqanları aktlarının etibarsız hesab edilməsi, vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi, məhkəmə xərclərinin vergi orqanlarından tutulması və s.);
• artıq ödənilmiş vergilərin dövlət büdcəsindən geri alınması;
• ƏDV-nin qaytarılması.

4. Daşınmaz əmlak (torpaq, ev, qeyri-yaşayış sahəsi, mənzil və s.) sahəsində hüquqi xidmətlər:
• daşınmaz əmlakın hüquqi statusunun və ya digər sənədlərinin hüquqi ekspertizası (hüququn növü barədə sənədlər, alqı-satqı, icarə və s. müqavilələr), mövcud qanunvericilik tələblərinə uyğunluğunun yoxlanılması;
• daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün sənədlər paketinin hazırlanması və təqdim edilməsi;
• daşınmaz əmlaka dair bütün hüquqların və ya yeni qeydlərin dövlət reyestrinə daxil edilməsinin həyata keçirilməsi və hüquq sahibinin təmsil edilməsi;
• daşınmaz əmlakın hüquqi statusunun dəyişdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsi;
• daşınmaz əmlakın alqı-satqısı planının hazırlanması, əqdin bağlanmasından əmələ gələcək mənfi nəticələrin və risklərin qiymətləndirilməsi, onların aradan qaldırılması üçün məsləhətlərin verilməsi;
• daşınmaz əmlaka dair əqdlərin bağlanması üçün zəruri olan sənədlərin əldə edilməsi, müqavilələrin və sair sənədlər paketinin hazırlanamsı, sənədlərin müvafiq dövlət orqanına təqdim edilməsi;
• daşınmaz əmlakla bağlı yaranan mübahisələrin məhkəmədənkənar və məhkəmə qaydasında həll edilməsi üçün hüquqi təmsilçilik və müdafiə funksiyalarının yerinə yetirilməsi.

5. Miqrasiya məsələləri üzrə hüquqi xidmətlər:
• əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı sənədlər paketinin tərtib edilməsi, icazənin alınması ilə bağlı kompleks hüquqi yardımın göstərilməsi;
• Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlığından çıxma və vətəndaşlığına bərpa ilə bağlı xidmətlərin göstərilməsi;
• əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq hüququnun (immiqrant statusu) verilməsi ilə əlaqədar xidmətlərin göstərilməsi;
• Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması ilə əlaqədar xidmətlərin göstərilməsi;
• əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün fərdi icazələrin verilməsi ilə bağlı xidmətlərin göstərilməsi;
• Müvafiq dövlət orqanları tərəfindən miqrasiya məsələləri üzrə tətbiq olunan sanksiyaların düzgünlüyünün yoxlanılması, şikayətçinin hüquqlarının məhkəmədənkənar və məhkəmə qaydasında müdafiə edilməsi.

6. Mülki hüquqi müqavilələrinin tərtib edilməsi və təhlili üzrə:
• Alqı-satqı müqaviləsi;
• Göndərmə müqaviləsi;
• Tələblərin və digər hüquqların alqı-satqısı müqavilələri;
• Faktorinq müqaviləsi;
• Dəyişdirmə müqaviləsi;
• Bağışlama müqaviləsi;
• Əmlak kirayəsi müqaviləsi;
• İcarə müqaviləsi;
• Françayzinq müqaviləsi;
• Əvəzsiz istifadə müqaviləsi;
• Borc müqaviləsi;
• Kredit müqaviləsi;
• İpoteka müqaviləsi;
• Zaminlik müqaviləsi;
• Lizinq müqaviləsi;
• Podrat müqaviləsi;
• Tapşırıq müqaviləsi;
• Broker müqaviləsi;
• Ticarət nümayəndəliyi müqaviləsi;
• Konsessiya müqaviləsi;
• Komissiya müqaviləsi;
• Saxlama müqaviləsi;
• Sərnişin daşınması müqaviləsi;
• Yük daşınması müqaviləsi;
• Turist xidmətlərinin göstərilməsinə dair müqavilə;
• Renta müqaviləsi;
• Barışıq razılaşması;
• Bank hesabı müqaviləsi;
• Sığorta müqaviləsi;
• Nikah müqaviləsi;
• Aliment sazişi;
• Digər mülki hüquq müqavilələri.

7. Mülki işlər üzrə (məhkəmədənkənar və məhkəmə qaydasında) hüquqi xidmətlər:
• Maddi və mənəvi zərərin əvəzinin ödənilməsi;
• Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi;
• Fiziki şəxsin fəaliyyət qabiliyyəti ilə bağlı məsələlərin həll edilməsi;
• Fiziki şəxsin ölmüş və ya itkin düşmüş hesab edilməsi ilə bağlı xidmətlərin göstərilməsi;
• Mülkiyyət və digər əşya hüquqlarının (istifadə hüququ və s.) əldə edilməsi, tanınması və itirilməsi;
• Mülkiyyət və digər əşya hüquqlarının müdafiəsi, əmlakın özgənin qanunsuz sahibliyindən geri götürülməsi;
• Mülkiyyət hüququnun məhdudlaşdırılması (qonşuluq hüququ, servitutun müəyyən edilməsi və s.);
• Özbaşına tikintilərlə bağlı məsələlərin həll edilməsi, onların nəticələrinin aradan qaldırılması və ya tikintinin qanuniliyinin tanınması;
• Girov və ipoteka mübahisələrinin həll edilməsi;
• Müxtəlif növ əqdlərin (müqavilələrin və s.) etibarlı və ya etibarsız hesab edilməsi;
• Müqavilə öhdəliklərinin icra edilməsi, öhdəliklərin əvəz edilməsi, dəyişdirilməsi, öhdəliklərin icrasından imtina edilməsi nəticələrinin aradan qaldırılması və ya öhdəliklərə xitam verilməsi ilə bağlı mübahisələrin həll edilməsi;
• Müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində müqavilədə və ya qanunda nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiq edilməsi;
• Müqavilə öhdəliklərinin icrasının təmin edilməsi ilə bağlı (dəbbə pulu, saxlama, zaminlik, qarantiya, beh və s.) mübahisələrin həll edilməsi;
• Mülki-hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələrin həlli;
• Vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, bölüşdürülməsi, vərəsəlik hüququndan məhrum etmə, qanun və ya vəsiyyət üzrə bütün növ vərəsəlik mübahisələrinin həll edilməsi;
• Nikahın pozulması və etibarsız hesab edilməsi;
• Uşağın hansı valideynin yanında saxlanması məsələsinin həll edilməsi;
• Aliment tələbinə dair mübahisələrin həll edilməsi;
• Ər-arvadın ümumi əmlakının bölünməsi;
• Atalığın müəyyən edilməsi;
• Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi;
• Uşağın əmlak mənafelərinin müdafiəsi;
• Valideynlik hüquqlarının həyata keçirilməsi ilə bağlı mübahisələr;
• Valideynlik hüquqlarından məhrum etmə və ya məhdudlaşdırma;
• Övladlığa götürmə, uşaqlar üzərində qəyyumluq və himayə;
• Mənzil mübahisələrinin həll edilməsi (mənzil hüquqlarının müdafiəsi, mənzilə köçürülmə, mənzildən çıxarılma və s.);
• Torpaq mübahisələrinin həll edilməsi (torpaq sahəsinə olan hüquqların müdafiəsi, torpaq sahəsini zəbt etmiş şəxslərin çıxarılması, hüququn bərpa edilməsi, ərazinin boşaldılması və s.);
• Əmək hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr (işçini Əmək Müqaviləsi olmadan işlətmə, əsassız olaraq işdən çıxarma, işə bərpa, məcburi iş buraxmaya görə əvəzin ödənilməsi və s.);
• İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr;
• Ətraf mühitin mühafizəsi ilə bağlı mübahisələr;
• Müəlliflik və əlaqəli hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr;
• Digər bütün növ mübahisələrin həll edilməsi.

8. İnzibati-iqtisadi mübahisələr üzrə hüquqi xidmətlər:
• Hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər arasında mülki (müqavilə öhdəliklərinin icrası və s.), inzibati və digər hüquq münasibətlərindən yaranan iqtisadi mübahisələrin həll edilməsi;
• Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (sürücünün inzibati məsuliyyətə cəlb edilməsi haqqında, vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında, əmək pensiyasının təyin edilməsindən imtina edilməsi haqqında və s. qərarların ləğv edilməsi);
• İnzibati orqanın üzərinə müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair mübahisələrin həll edilməsi;
• Şəxsin hüquq və azadlıqlarını pozan inzibati orqanın qanunsuz müdaxiləsindən müdafiə edilməsi mübahisələri və s.

9. Cinayət işləri üzrə hüquqi xidmətlər:
• Baş vermiş cinayət hadisəsi barədə hüquqi cəhətdən əsaslandırılmış şikayətin tərtib edilməsi və müvafiq hüquq-mühafizə orqanına təqdim edilməsi;
• Gərəkli olan sübutların toplanması üçün dövlət və qeyri-dövlət qurumlarına sorğuların verilməsi;
• İlkin yoxlama, habelə cinayət işi üzrə zərərçəkmiş şəxsin, şahidin nümayəndəsi kimi hüquq-mühafizə və məhkəmə orqanlarında təmsil edilməsi, hüquqlarının izah edilməsi və digər hüquqi yardım göstərilməsi;
• Cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması üçün lazımi vəsatətlərin, etirazların, şikayətlərin verilməsi;
• Cinayət nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan vurulubsa, maddi ziaynın əvəzinin ödənilməsi üçün mülki iddianın verilməsi və bununla bağlı kompleks hüquqi yardımın göstərilməsi;
• Təhqiqat, istintaq və məhkəmə orqanlarının qərarlarından şikayət verilməsi.

“VİZA” Hüquq Firması öz peşəkar hüquqşünasları vasitəsilə müştərilərinin hüquq və mənafelərini Azərbaycan Respublikasının birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, eləcə də digər dövlət və qeyri-dövlət qurumlarında müvafiq qaydada təmsil edir.
Kassasiya, əlavə kassasiya, konstitusiya şikayəti qaydasında mülki iş və ya inzibati-iqtisadi mübahisə üzrə, habelə cinayət işi üzrə zərurət yarandıqda müştərimizin maraqlarını tamdəyərli təmin etmək üçün “VİZA” Hüquq Firması “Aslan İsmayılov və Partnyorları” Vəkil Bürosu ilə qarşılıqlı şəkildə əməkdaşlıq edir.