Nizami küç. 58, m. 1
AZ1000 Bakı, Azərbaycan
Tel.:    + 994 12 498 17 16
            + 994 12 498 79 31
Faks:  + 994 12 498 98 83
E-mail: office@vizalawfirm.com


Partnyorlar
www.vizaaudit.com
www.aslanismayilov.com
 
 
   İsmayılov Aslan Ziyəddin oğlu
   Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib. 1983-1986-cı illərdə Rusiya Federasiyasının Stavropol diyarının Neftekumsk şəhər Xalq Məhkəməsində xalq hakimi əvəzi, Andropov rayon Xalq Məhkəməsinin hakimi vəzifələrində işləyib. 1986-1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon Xalq Məhkəməsinin sədri olub. 1989-1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda Məhkəmələrə Nəzarət Şöbəsinin prokuroru, 1993-1994-cü illərdə isə Azərbaycan Respublikası Prezidentinin Aparatının Dövlət-Hüquq Şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. 1996-cı ildən “VİZA” Hüquq Firmasının, 2006-cı ildən “Aslan İsmayılov və Partnyorları” Vəkil Bürosunun təsisçisidir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur.
   Məmmədov İlkin Rövşən oğlu
   Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını “Hüquqşünaslıq” ixtisası üzrə bitirmişdir. Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat hüququ üzrə magistr dərəcəsini almışdır. 2006-2007-ci illərdə “VİZA AUDİT” MMC-də məsləhətçi hüquqşünas, 2007-2009-cu illərdə “VİZA” Hüquq Firmasında məsləhətçi-hüquqşünas vəzifələrində çalışmışdır. 2009-cu ildən “VİZA” Hüquq firmasının Baş direktoru vəzifəsində çalışır.
   Fərhadov Emin Fərhad oğlu
   Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1992-1994-cü illərdə Bakı şəhəri üzrə Vergi İnspeksiyasında vergi inspektoru, 1994-1996-cı illərdə Quba rayon İcra Hakimiyyətinin Aparatında Kadrlar üzrə inspektoru, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasında hakim köməkçisi vəzifələrində çalışmışdır. 2006-cı ildən “VİZA” Hüquq Firmasında məsləhətçi-hüquqsunas vəzifəsində çalışır.
   Məmmədov Rəşad Yaqub oğlu
   Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1996-2006-cı illərdə “AZAL” Dövlət Konsernində hüquq məsləhətçisi və hüquq məsələləri üzrə köməkçi vəzifələrində çalışmışdır. 2006-2008-ci illərdə ”SOS AZERBAIJAN” Uşaq Kəndləri Asossiasiyasında direktorun köməkçisi və uşaq hüquqlarına dair mütəxəssis kimi çalışmışdır. 2009-cu ildən “VİZA” Hüquq Firmasında məsləhətçi-hüquqşünas vəzifəsində çalışır.
   Əliyev Nizami Rəşid oğlu
   Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2009-cu ildən “VİZA” Hüquq Firmasında məsləhətçi-hüquqsunas vəzifəsində çalışır.
   Rəcəbli Aygün Fikrət qızı
   Qərb Universitetinin Hüquq fakültəsini bitirib. 2009-cu ildən “VİZA” Hüquq Firmasında məsləhətçi-hüquqşünas vəzifəsində çalışır.
   Bağırova Sürəyya Əli qızı
   Moskva Ümumittifaq Qida Sənayesi İnstitutunu bitirmişdir. 1981-1992-ci illərdə Azərbaycan İstehsalat-yaradıcı Kombinatında texniki təhlükəsizlik üzrə mühəndis, 1992-1998-ci illərdə Azərbaycan Korlar Cəmiyyətində mühasib vəzifəsində çalışmışdır. 1998-ci ildən “VİZA” Hüquq Firmasında Baş mühasib vəzifəsində çalışır.